Azərbaycanlı vətəndaş fəalı və keçmiş siyasi məhbus Əyyub Şirinin biznes lisenziyası ilə bağlı müraciəti “fərdi bacarıqsızlıq” adlandırılaraq rədd edilib.
Əyyub Şiri bəy bu barədə özünün sosial media hesabında məlumat verib.
“Bir tərəfdən bayram ərəfəsində sahibkarlıq lisenziyası almaq üçün təzyiqlər edilir, digər tərəfdən isə fərdin səriştəsizliyi bəhanəsi ilə Təbriz İctimai Yerlərə Nəzarət Şöbəsi tərəfindən müraciətib rədd edilir." - deyə Əyyub Şiri qeyd edib.
Azərbaycanlı fəal bu qərarı vətəndaş fəallarına qarşı repressiya, əmək və ifadə azadlığının pozulması nümunəsi hesab edib və bildirib ki, bu cür qərarlar hakimiyyəti tənqid edənlərə təzyiq göstərmək üçün verilir.
Azərbaycan vətəndaş cəmiyyəti fəallarına təzyiq vasitəsi kimi biznes və iqtisadi icazələrin verilməməsi rejimin əl atdığı fərqli üsullardan biridir, ekspertlər bunu ayrı-seçkilik nümunəsi və vətəndaşların fundamental hüquqlarının pozulması kimi qiymətləndirirlər.
visiontv.az