“Serebro” qrupunun keçmiş solisti Katya Kişuk istirahətə yollanıb.
VisionTV.az Ölkə.Az-a istinadən xəbər verir ki, 25 yaşlı müğənni İnstaqram səhifəsində hovuz kənarından fotolar paylaşıb. Bildirilir ki, Kişuk istirahət üçün Filippinin Panqlao adasını seçib.
İzləyicilərini nəzərə alan Katya bir neçə açıq-saçıq foto da paylaşıb. İzləyiciləri isə fotoları bəyəniblər və qeyd ediblər ki, müğənni arıqlamasa daha yaxşı olar. Bununla yanaşı, müğənninin fotoşopla fotolarına korreksiya etdiyini yazanlar da çox olub.