Məşhur futbolçunu qış transfer pəncərəsində sata bilərlər
17.12.2018

Məşhur futbolçunu qış transfer pəncərəsində sata bilərlər

İngiltərənin "Mançester Yunayted" klubu fransalı yarımmüdafiəçi Pol Poqbanı qış transfer pəncərəsində sata bilər.

Visiontv.Az Trend-ə istinadən bildirir ki, P.Poqbanı hazırda almaq istəyən əsas namizəd İtaliyanın "Yuventus" klubudur.

Bildirilir ki, "Yuventus" P.Poqbanı almaq üçün "Mançester Yunayted"ə Miralem Pyaniç və Aleks Sandronu təklif edə bilər.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında "Yuventus"dan "Mançester Yunayted"ə keçib.