Məşhur aktrisanın qohumları da Türkiyədəki zəlzələdə dağıntılar altında qalıb
06.02.2023

Türkiyəli məşhur aktrisa Melisa Aslı Pamukun ailəsi də dağıntılar altında qalıb.

Visiontv.az Big.az - a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələdə nənəsi və xalası dağıntılar altında qalan aktrisa Melisa Aslı Pamuk sosial media hesabında paylaşım edərək kömək istəyib.

Tvitter hesabında paylaşım edən Melisa yaxınlarının yaşadığı ünvanı qeyd edərək bu sözləri yazıb: "Nənəm yeriyə bilmir, xəstədir. Xalamla birlikdə binada qapalı qalıblar. Mənzildə vəziyyət necədir bilmirik. Bölgədə kömək edə biləcək kimsə var?"

Aktrisanın paylaşımına çoxsaylı şərhlər yazılıb. İzləyiciləri ona dəstək olub.

Məşhur aktrisanın qohumları da dağıntılar altında qalıb