Mənsur Şərifin toyu oldu
16.03.2020

Gənc aktyor-bloger Mənsur Şərif evlənib.

Visiontv.az xəbər verir ki, toy mərasimi dünən axşam paytaxt restoranlarının birində baş tutub.

Məclisi aktyor-rejissor Sərxan Kərəmoğlu idarə edib.

Xatırladaq ki, cütlüyün nişan mərasimi 2019-cu ilin noyabr ayında, qız toyu 16 fevralda olmuşdu.

Qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı ölkə boyunca "sosial izolyasiya" tədbirləri elan olunub. Cümə günü elan edilən qərara əsasən, bütün kütləvi tədbirlər, eləcə də 14 və 15 mart tarixlərinə əvvəlcədən təyin olunmuş toy mərasimləri istisna olmaqla, bütün toy məclislərinin keçirilməsinə icazə verilmir.