Dubayda Amerikan Universiteti adlanan özəl ali məktəb var. Varlı ərəblərdən biri açıb, prestij üçün Amerikadan da bir neçə müəllim də dəvət edib. Birləşmiş Ərəb Əmirliklərində reytinqinə görə 8-ci, dünyada 4064-cü sırada dayanır.
İndi bu universitet də dəb olub, bizim bir çox məmurlar öz savadsız uşaqlarını diplom dalınca ora göndərirlər, illik 85.000-90.000 dirhəm (23 min dollardan artıq) təhsil haqqı ödəyirlər. Üstəlik yaşama və yemək xərcləri... Xeyli məmur uşaqları orda təhsil alıb və alır.
Halbuki bizim doğma Bakı Dövlət Universiteti ondan irəlidə - 3945-ci sırada dayanır, yəni daha reytinqlidir.
Biri elə deputat Rüfət Quliyev, iki oğlunu bu məktəbdə oxutmaq üçün ən azı 250-300 min dollar pul xərcləyib.
Cavanşir Həsənli
Visiontv.az