Medianın İnkişafı Agentliyinin hesabatı açıqlanıb
Medianın İnkişafı Agentliyinin hesabatı açıqlanıb
07.07.2021 MEDİA Tərəfindən

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələrinə dair statistik hesabat hazırlanıb. Bu barədə Visiontv.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Məlumata görə, agentlik tərəfindən onlayn mediaya dəstək məqsədilə müsabiqə elan edilib.

Müsabiqənin məqsədi onlayn media subyektlərinin (veb-saytların) inkişafına, onların iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə maliyyə yardımının göstərilməsidir.

1-11 iyul tarixi ərzində müsabiqəyə 96 media subyekti, 394 əməkdaş müraciət edib.

Statistik nəticələrin incələnməsi zamanı müraciət edənlər arasında 61 direktor, 145 jurnalist, 97 redaktor, 394 əməkdaş, 303 yaradıcı heyət, 91 texniki heyət üzvü olub.

İcarə müqaviləsi və dövlət qeydiyyatı ilə 96 müraciət ünvanlanıb. Statistikaya əsasən, 30 yeni icarə müqaviləsi, iki yeni dövlət qeydiyyatı aparılıb.

Agentlik tərəfindən işlə təmin olunan şəxslərlə bağlı da statistik rəqəmlər açıqlanıb. Belə ki, son altı ayda 183 nəfər işlə təmin edilib. 1-11 iyul tarixlərini əhatə edən müsabiqə dövründə 120 nəfər (30 %), müsabiqəyə qədər 63 nəfər (15 %), 2021-ci ilə qədər isə 211 nəfər (55 %) işlə təmin edilib.