Malayziya parlamentinin sədri Azərbaycana gəlir
22.04.2024

Malayziya Senatının sədri Mutang Tagal Azərbaycana səfər edəcək.

Visiontv.az  Report-a istinadən xəbər verir ki, Malayziyanın Azərbaycandakı səfiri Əhməd Kamrizamil Bin Mohd Rza deyib.

Səfir səfərin aprelin sonunda baş tutacağını bildirib.

"2023-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı mühüm səfərlər olub. Aprelin sonunda Malayziya Senatının sədri Azərbaycana gələcək. Senat sədrinin rəhbərlik edəcəyi nümayəndə heyəti 9 nəfərdən ibarət olacaq", - diplomat qeyd edib.

visiontv.az