Magistral su kəmərində qəza baş verib
14.06.2021

İyunun 14-də Nəsimi rayonu 1-5-ci mikrorayonlara içməli su verilməsində məhdudiyyətlər yaranıb.

Visiontv.az xəbər verir ki, "Azərsu" ASC-dən verilən məlumata görə, bu magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır. 

Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Unikal.org