Londonda səfirliyimizə hücum edənlərə necə cavab verməli?
Londonda səfirliyimizə hücum edənlərə necə cavab verməli?
05.08.2022 Elbəyi Həsənli Tərəfindən

Londondakə səfirliyimizə "The Mahdi Servants Union" (Həzəti)Mehdinin xidmətçiləri birliyi)nə küveyt əsilli Yasser Al-Habib rəhbərlik edir. Onlar 2013-cü ildə Fulmer, Buckinghamshire adlanan ərazidəki köhnə kilsəni 1.2 milyon funt-sterlinqə alıb və orada “Al-Möhsün” kimi tanınan məscid inşa etdilər.

Bu məscid Avropada fəaliyyət göstərəb yeganə şiə məscididir. Bu dini mərkəz Möhsün ibn Əlinin adını daşıyır. O, Fatimə bint Məhəmməd və Əli ibn Əbu Talibin oğludur. Dini mənbələrə görə, Möhsün Məhəmməd peyğəmbərin vəfatından qısa müddət sonra, Ömər ibn Xəttab və tərəfdarları tərəfindən Əli və Fatimənin evinə hücum zamanı ana bətnindən düşmüşdür...

Yəni bu təşkilatın lideri və ofisi bəllidir. O da məlumdur ki, Böyük Britaniyada kifayət qədər güclü Azərbaycan diasporu var. Əsasən iqtidar təmsilçilərindən formalaşan bu diaspora ciddi maliyyə imkanlarına malikdir. Sözümün canı o ki, Britaniyadakı Azərbaycan diasporu istəsə “Al-Möhsün” məscidinin qarşısında kütləfi etiraz tədbiri keçirə bilər. Təbii ki, bu tədbiri qanunları pozmadan, yerli qanunları və standartları nəzərə almaqla həyata keçirmək gərəkir...

Başqa sözlə desək, dini fanatların hücumuna son dərəcə mədəni və tutarlı şəkildə cavab vermək mümkündür. O da aydındır ki, Azərbaycan hökuməti də qeyri-rəsmi şəkildə bu işə dəstək verməlidir. Ehtiyac olsa, Türkiyə və digər türk dövlətlərinin köməyindən də yararlanmaq olar...

Mənim baxışıma görə, heç bir halda bu hücumu cavabsız qoymaq olmaz. Azərbaycan dövlətinə əzələ nümayiş etdirən radikal dinçiləri elə öz yuvasındaca susdurmaq gərəkir. Özü də bütün dünyanın gözü qarşısında...

Elbəyi Həsənli

visiontv.az