Lavrovun bizim üçün yeganə faydalı bəyanatı: Minsk qrupu fəaliyyətini dayandırıb
Lavrovun bizim üçün yeganə faydalı bəyanatı: Minsk qrupu fəaliyyətini dayandırıb
24.06.2022 Elxan Şahinoğlu Tərəfindən

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdakı açıqlamalarında Azərbaycanla Ermənistan arasındakı mövcud durumu müsbət dəyərləndirməyə çalışdı, sanki bütün istiqamətlərdə irəliləyiş var. Halbuki, müharibənin bitdiyi il yarımda ortada nə sülh sazişinin mətni, nə qarşılıqlı ərazi bütövlüklərinin tanınması, nə kommunikasiya xətlərinin açılması, nə də sərhədin müəyyənləşməsi var. Lavrovun Bakıda bizim üçün yeganə faydalı bəyanatı Minsk Qrupunun bundan sonra fəaliyyətinin mümkün olmadığını təkrar bəyan etməsiydi. Bu da sırf Ukraynadakı müharibə və Qərbin Rusiyaya qarşı sanksiyalarıyla əlaqəlidir. 

Rusiya ilə gərginlik istəmirik. Bizə qarşı təxribatlar etməsinlər, əleyhimizə reportajlar yayımlamasınlar, erməni separatçılarını müxtəlif yollarla cəsarətləndirməsinlər, 3 il yarımdan sonra da 2020-ci il 10 noyabr bəyanatının bəndinə görə hərbçiləri məmləkətimizi tərk etsinlər.  Bunlara riayət edilərsə münasibətlərdə gərginlik olmaz, əks halda Lavrov hər ay Bakıya gəlib, lehimizə təriflər yağdırsa belə nəsə dəyişməyəcək.

Elxan Şahinoğlu
Siyasi şərhçi
Visiontv.az