Laçın-Xankəndi yolundan indiyə qədər RSK-ya məxsus 26 avtomobil keçib
Videonu Aç
22.01.2023

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, aksiya yerindən Xankəndindən Laçın istiqamətinə daha 3 yük avtomobili keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

Laçın-Xankəndi yolundan indiyə qədər RSK-ya məxsus 26 avtomobil keçib - VİDEO  - YENİLƏNİB-3