Küçəni podiumla səhv saldı - Fotolar
21.06.2019

“Viktoriya Sekret”in supermodeli Kendall Cenner ötən gün iki fərqli geyimdə paparrassilərə tuş gəlib. VisionTV.az qafqazinfoya istinadən xəbər verir ki, əvvəlcə marketdə görüntülənən model daha sonra Nyu-York küçələrini gəzib.

Səhər saatlarında marketdən alış veriş edən Cenner təhlükəsizlik kamerasında əks olunan görüntüsünü də instaqram səhifəsində yayıb. Onun sözügedən şəklini 5 milyona yaxın insan bəyənib.

Kendall  günün ikinci yarısında isə model həmkarı Luka Sabbatla şəhər gəzintisinə çıxıb.