Korroziyaya uğrayan qaz xətləri əvəzlənir-VİDEO
Korroziyaya uğrayan qaz xətləri əvəzlənir-VİDEO
11.04.2024 Azəriqaz Tərəfindən

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən Quba rayonunun Pirvahid kəndində istismar müddətini başa vurmuş qaz xətlərinin yenilənməsi işləri həyata keçirilir.

Kənddə abonent sayı artdığından əsasən payız-qış mövsümündə abonentlər tələbata uyğun olaraq təbii qazdan istifadə edə bilmirdilər. Bu səbəbdən də mövcud qaz xətlərinin daha böyük diametrli qaz kəmərləri ilə əvəzlənməsi zəruriliyi yaranıb. İşin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə maşın-mexanizmlər, habelə çox sayda işçi qüvvəsi cəlb olunub.
 

visiontv.az