Koronavirusa yoluxanlar üçün açılacaq xəstəxanaların yerləri bilindi - RƏSMİ
30.05.2020

“Ölkədə koronavirusa yoluxanların müalicəsi üçün 5000-dən çox çarpayı ayrılıb. 2000 çarpayı isə modul tipli xəstəxanalarda olacaq”.

Visiontv.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, gələn həftədən modul tipli xəstəxanalara xəstə yerləşdirilməsinə başlanılacaq:

“Sumqayıt, Bakı, Gəncə şəhərlərində və Saray qəsəbəsində modul tipli xəstəxanaların açılışı olacaq”.

Sədr əlavə edib ki, ümumilikdə, çarpayı sayı yeddi mindən artıq olacaq:

“Bugünkü xəstə sayına baxdıqda, xəstəxana doluluğu faizi yetərlidir”.