Almaniyalı mütəxəssislərin fikrincə koronavirusa yoluxma o qədər də asan olmur.
VisionTV.az xarici mediaya istinadən xəbər verir ki, virusoloq Hendrik Ştrek həmkarları ilə birlikdə ölkədə epidemiyanın yayıldığı Haynsberq şəhərində yoluxanların mənzillərində araşdırma aparıb.
Mütəxəssislər mənzillərin heç bir yerində, hətta ev heyvanlarında da virusun izlərini aşkar etməyiblər.
Onların bu müşahidələrinin nəticəsində virusun plastik və paslanmayan polad üzərində 7 gün ərzində yaşaya bilməsi iddiasının həqiqətə uyğun olmadığı məlum olub.
Təbriz Ticarət Palatasının rəhbəri vilayətin enerji çatışmazlığı ilə üzləşdiyini bildirib