KİV-də, sosial şəbəkələrdə bu möhtəşəm nümayişin möhtəşəm də tərənnümünü gözləyirdim-professor Səlahəddin Xəlil
KİV-də, sosial şəbəkələrdə bu möhtəşəm nümayişin möhtəşəm də tərənnümünü gözləyirdim-professor Səlahəddin Xəlil
15.07.2020 Səlahəddin Xəlilov Tərəfindən

Xalq öz sözünü dedi, - düşmənə qarşı mübarizə əzmini, birlik, həmrəylik, mütəşəkkillik nümayiş etdirdi!

Mən bu sabah KİV-də, sosial şəbəkələrdə bu möhtəşəm nümayişin möhtəşəm də tərənnümünü gözləyirdim.
Amma təəssüflər olsun ki... Sanki biz də bir qrup təxribatçının dəyirmanına su tökməyə başlamışıq. Qələm əhli bu boyda izdihamı, belə böyük, mütəşəkkil bir nümayişin qəlb çırpıntılarını, ürək sözlərini bir kənara qoyub, o kiçik qrupun "fəaliyyəti"ni pisləməklə məşğuldur. Mən də pisləyirəm. Amma müqayisəyə gəlməyən iki hadisəni bir sıraya qoyub, xalqın bu qəhrəmanlıq əzminə kölgə salınması yolverilməzdir.
Önəmli olan bizim nəyi önə çəkməyimiz, nəyə diqqət yetirməyimizdir.
Yaxşını pisin kölgəsinə salmaq olmaz.
P.S.
Biri yazır: "Ay millət!! Niyə təxribata getdin? MM-də nə işin vardı?"
Gör təxribat kimin ayağına yazılır: - Millətin. Və bizim bəzi ziyalılarımız da bunu bəyənirlər...
Mən də rəy yazdım:
- "Millət" sözünü işlədəndə diqqətli olun. Kütlə başqa, xalq başqa, millət başqa.
Kütlənin içində milli şüur səviyyəsinə çatmayanlar da olur; şüursuzlar da, tör-töküntü də. Hələ təxribatçılar da...
Tezcə hər şeyi millətin adına yazmayın lütfən.
Və bir də: bütün şəhərin hər yerində xətərsiz-təxribatsız ötüşən böyük mütəşəkkillik nümayişini "unudub", ancaq bir məntəqədə baş verən insidenti önə çəkmək, ləkəni də millətə yaxmaq, - bax, o təxribatçıların əsas məqsədi də bu deyildimi?

visiontv.az