17.09.2019
Axtar
Maraq Dairəsi
alt

Kişidə hamiləlik testi müsbət çıxa bilər?

Bəli, bu mümkündür. Lakin bu təbii ki, o demək deyil ki, bu kişi "hamilədir". Bu çox təhlükəli xəstəliyin simptomudur.

Məsələ burasındadır ki, ev şəraitində istifadə olunan hamiləlik testləri sidikdə "xorionik honadotropin" adlı hormonu təyin edir. Bu hormon qadın orqanizmində embrion uşaqlıq divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır.

Sağlam kişinin orqanizmində bu hormon təbii ki, yoxdur və ola da bilməz. Lakin xaya xərçəngi zamanı zədələnmiş xaya bu hormonu ifraz etməyə başlayır və nəticədə hamiləlik testi "müsbət" nəticə verir. Uroloq-onkoloqlar xaya xərçənginə ilkin diaqnoz qoyanda bu testdən də istifadə edirlər.

Xoşbəxtlikdən, vaxtında aşkar olunduqda xaya xərçəngi çox uğurla müalicə olunur. Müalicədən sonra kişi adi həyata qayıdır və onun cinsi funksiyaları saxlanılır.

VisionTV.az saglamolun.az-a istinadən sizi xaya xərçənginin simptomları ilə tanış edir:

- xayanın ölçüsünün artması, ödem

- xayada bərkimiş sahələr, düyünlər

- xayalıqda ağırlıq hissi, ağrı və diskomfort

- qarının aşağı hissəsində ağrılar

- sidik ifrazı zamanı problemlər.

Şərh