Kiber hücumlardan necə qorunaq? - EKSPERT AÇIQLAYIR - VİDEO
Videonu Aç
Kiber hücumlardan necə qorunaq? - EKSPERT AÇIQLAYIR - VİDEO
23.04.2021 Elvin ABBASOV Tərəfindən

Xəbər verdiyimiz kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son günlərdə bankları hədəfə alan “fişinq” hücumları barədə xəbərdar edib. Həyata keçirilən kiberhücumlarda bank əməkdaşlarının adından vətəndaşların mobil nömrələrinə zənglər edilərək, onların adına hər hansı köçürmənin həyata keçirildiyi bildirilir və təsdiqləmə üçün kart hesab nömrəsi, şifri, təsdiqləmə kodu və sair fərdi məlumatların təqdim edilməsi tələb olunur.

İKT üzrə ekspert Elvin Abbasov ATV kanalına müsahibəsində kiber hücumlardan qorunmağın yollarını açıqlayıb.