Kəmaləddin Heydərovdan mühüm açıqlama
16.04.2019

İstismara qəbul olunmamış çoxmənzilli yaşayış binalarının sayı açıqlanıb

 "Hazırda respublika üzrə istismara qəbul olunmamış çoxmənzilli yaşayış binalarının sayı 434 ünvan təşkil edir ki, bunun da 381-i Bakı şəhərindədir".

Visiontv.az xəbər verir ki,  bunu "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanın icrası ilə bağlı görülmüş işlər barədə növbəti müşavirədə çıxışı zamanı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradıldığını xatırladan nazir qeyd edib ki, 15 aprel 2019-cu il tarixinə kimi bu qərargahda 227 yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilərək, onlara zəruri izahatlar verilib.

sputnik.az