Keçirilmiş sorğu nəticələri: iranlıların maliyyə üzrə biliyi normadan aşağıdır
23.02.2024

Maliyyə üzrə keçirilmiş sorğunun nəticələri Tehran Universitetinin İdarəçilik Fakültəsində açıqlanaraq fevralın 21-də nəşr edilib.

İran əhalisinin balı 100-dən 35 bal civarında olub. Sorğu 2023-cü ilin mart ayında 12 mindən artıq vətəndaşdan, 31 əyalət, 93 şəhər və 155 kənddə aparılıb.

“Ticarət Nyuz” bu nəticələri dünya ölkələri ilə tutuşdurub. 

Nəticədə bildirilib ki, İran əhalisinin maliyyə biliyi Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının maliyyə savadını hesabladığı 40 ölkənin hamısından, o cümlədən Yəmən, Kamboca və Paraqvaydan aşağıdır. 

Sorğuda Tehran, İsfahan, Fars və Şərqi Azərbaycan əyalətləri ən yüksək, İlam, Kirmanşah və Çahar Mahal Bəxtiyarı əyalətləri ən aşağı maliyyə biliyi göstəriblər. 

Xatırladaq ki, maliyyə savadı və yaxud biliyi düzgün maliyyə qərarı verməklə yekun olaraq əlverişli fərdi maliyyə durumuna çatmaq üçün maliyyə üzrə sayıqlıq, bilik, bacarıq, yönəlmələr və davranışlar məcmusunun tərkibi anlamındadır. 

Visiontv.az