Karusel sıradan çıxdı - 40 nəfər "göydə qaldı"
03.06.2019

Hindistanın Əhmədabad şəhərində karuselin sıradan çıxması səbəbi ilə 40 nəfər yüksək hündürlükdə qalıb.

Vision TV.az Trend-ə istinadla xəbər verir ki, həmin şəxslərin təxliyəsinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Karuseldə qalanların 14 nəfəri uşaq, 8 nəfəri qadın olub. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Təxliyə başa çatdıqdan sonra karusel qeyri-müəyyən müddətə bağlanıb.