Jurnalistələrə qarşı təzyiqlər davam edir: Daha bir jurnalistə qarşı cinayət işi açıldı
06.05.2024

İranda media nümayəndələrinə qarşı təzyiqlərin davamında jurnalist və "Ticarət nyus" xəbər saytının redaktoru Mərziyə Mahmudiyə qarşı cinayət işi açılıb.

Bu barədə jurnalist özünün sosial media hesabında məlumat yayıb.

"Barəmdə irəli sürülən ittihamlar və təfərrüatlar açıqlanmadan Mədəniyyət və Media Məhkəməsində mənə qarşı cinayət işi açılıb",- jurnalist bildirib.

Bundan əvvəl İran parlamentinin keçmiş üzvü Həmid Rəsayinin şikayəti əsasında da, Mərziyə Mahmudi maddi cərimə və 1 il həbs cəzasına məhkum edilib.

Cəza barədə qərar Tehran Apellyasiya Məhkəməsinin 1-ci bölməsi tərəfindən 1 il müddətinə təxirə salınmışdı.

Qeyd edək ki, Sərhədsiz Reportiyorların son hesabatına görə, İran media sahəsində 180 ölkə arasında 176-cı yerdə qərarlaşıb.

Beynəlxalq Təşkilat İranı başqa 3 ölkə ilə birgə 2023-cü ildə jurnalistlər həbsxanası adlandırıb.

visiontv.az