Jerar Depardye Putinə "axmaq" dedi...
Jerar Depardye Putinə "axmaq" dedi...
02.04.2022 Elbəyi Həsənli Tərəfindən

Daha az vergi ödəmək üçün Fransanı tərk edərək Rusiya vətəndaşlığı əldə edən məşhur aktyor Jerar Depardye yadınızdadırmı? Rusiya pasportunu ona Vladimir Putin Soçi şəhərindəki iqamətgahında şəxsən təqdim etmişdi. O vaxt Rusiya prezidenti tərəfindən əli sıxılan və qucaqlanan aktyor bəyan etmişdi ki, Putin onun dostudur və Rusiya müxalifəti çox zəifdir. Rusiya isə dünyanın ən möhtəşəm demokratik ölkələrindən biridir...

2015-ci ildə isə o, Rusiyanın Krımı işğal etməsini alqışlamışdı. Bu hərəkətinə görə onun Ukraynaya girişi 5 il müddətinə yasaqlanmışdı. 

BBC Fransa mediasına istinadən bildirir ki, Jerar Depardye indi Putini şiddətlə tənqid edənlər arasındadır. Aktyor deyir:

“Rusiya xalqı axmaq və qəbulolunmaz dərəcədə həddini aşan Putin kimilərinə görə cavabdeh deyil”...
Aktyor bildirib ki, Parisdə 3 gün ərzində verəcəyi konsertdən əldə etdiyi vəsaiti Ukrayna vətəndaşlarına yardım üçün ayıracaq...

Xatırladım ki, Aleksandr Dümanın Azərbaycana səyahəti haqqında filmdə çəkilmək istədiyini bildirən Jerar Depardye 2010-cu ildə Bakıda keçirilmiş IV Beynəlxalq Rostropoviç festivalına da qatılmışdı. O, bizim iqtidarın isti münasibətdə olduğu beynəlxalq səviyyəli mədəniyyət xadimlərindən birirdir...

Dünyanın bir işinə baxın: Pul-paraya əyilməkdə şitinin çıxaran aktyor da daha Putini bəyənmir. Ona “axmaq” deyir...

Elbəyi Həsənli

Visiontv.az