İtlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti açıqlanıb
05.03.2024

İt parçalayan 9 yaşlı uşağın vəziyyəti ağır stabil olaraq qalır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib. 

O bildirib ki, azyaşlının müalicəsi reanimasiyada davam etdirilir.

Xatırladaq ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib.

visiontv.az