İtaliyada onlarla yazıçı tələb edir ki, 20-ci əsr faşizminin tərənnüm olunduğu kitablar çap edən nəşriyyat Romada nüfuzlu kitab yarmarkasına buraxılmasın. Tənqidçilər ölkədə ifrat sağçı ideyaların adiləşdiyini deyirlər.
"The Financial Times" azı 80 yazıçının yarmarkanın təşkilatçısı olan İtaliya Naşirlər Assosiasiyasına müraciət etdiyini yazır. Onlar tədbirdə ifrat-sağçı baxışlı nəşriyyata niyə stend ayrıldığını sual edirlər.
Narahatlığını dilə gətirənlər arasında faşist diktatoru Benito Mussolini barədə tarixi roman müəllifi Antonio Skurati də var.
visiontv.az