İstanbula səfər edən iranlı turistlərin sayı açıqlandı
28.03.2024

2024-cü ilin ilk 2 ayı ərzində iranlılar İstanbula səfər edən xaricilər arasında üçüncü yeri tutublar.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Bu dövrdə İstanbul 2 milyon 457 min 518 xarici turisti qəbul edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə səkkiz faizdən çox artım deməkdir.

Fevralda ayında isə ​​75 min 312 iranlı İstanbula səfər edib.

Nazirliyin məlumatına görə, yanvar və fevral aylarında 438 mindən çox İran vətəndaşı Türkiyəyə turist kimi daxil olduğu bildirilib vəbunun ötən ilin eyni dövrü ilə müqayisədə 94% artdığı qeyd olunub.

Qeyd edək ki, yaz bayramı tətilləri zamanı İrandan Türkiyəyə turist axını rekord səviyyədə olub.

Martın 18-dən başlayaraq Qərbi Azərbaycan əyalətinin Bazərqan gömrük məntəqəsindən Türkiyəyə geçmək istəyənlərin sayının çoxluğuna görə, gömrüyün fəaliyyətndə problemlər yaranıb.

Xatırladaq ki, iranlıların bayram tətilləri zamanı ən çox səfər etdikləri ölkə Türkiyədir.

visiontv.az