Bu barədə İran məhkməsinin "Mizan" saytı məlumat yayıb.
"Son müharibə zamanı Kian müdafiə ilə əlaqəli hissələr istehsal edən bölmənin məlumatlarını və yerləşmə koordinatlarını İsrail və ABŞ ilə əlaqəli media şəbəkəsinə göndərib",- rəsmi məlumatda bildirilib.
Məlumatda iddia edilir ki, şəbəkə ilə əlaqə saxladıqdan sonra o, məlumatı ona verilən nömrə vasitəsilə ötürüb və üç gün sonra sözügedən yer hədəfə alınaraq məhv edilib.
Onun Əlbürz əyalətində həbs olunmasından edam hökmünün icrasına qədər 50 gündən az vaxt keçib. İran məhkəmə sistemi eyni halda Müctəba Kianın əmlak və aktivlərinin müsadirə olunduğunu elan edib.
visiontv.az