İsrail Tehranda nümayiş keçirilən ərazi üçün zərbə xəbərdarlığı edib
13.03.2026

İsrail cümə günü Tehran Universiteti yaxınlığında keçirilən illik Qüds Günü nümayişlərinin baş tutduğu ərazi üçün zərbə xəbərdarlığı yayıb.

Xəbərdarlıqda göstərilib ki, İnqilab küçəsi boyunca, universitetin yaxınlığında zərbə endirilməsi ehtimalı var. Hazırda həmin ərazi nümayişçilərlə doludur.

Fars dilində yayımlanan xəbərdarlıqda bildirilib ki, İsrail ordusu “yaxın saatlarda bu ərazidə əməliyyatlar həyata keçirəcək”.

“Xahiş edirik ki, xəritədə göstərilən ərazini dərhal tərk edəsiniz, Bu ərazilərdə qalmağınız həyatınızı risk altına qoyur.” - mesajda deyilir.

visiontv.az