İsrailin Baş naziri Benyamin Netanyahunun xarici siyasət üzrə müşaviri Ofir Falk “Jerusalem Post” qəzetinə müsahibəsində deyib ki, ölkəsi İranda rejim dəyişikliyi üçün şərait yaratmağa “çox yaxınlaşıb”.
Falkın fikrincə, hərbi və iqtisadi təzyiqlər iranlılara öz hakimiyyətlərinə meydan oxumaq üçün fürsət yaradır, lakin dəyişikliyin özü İran xalqından asılıdır.
Onun sözlərinə görə, ABŞ-nin rəhbərlik etdiyi iqtisadi mühasirə uğurludur, amma nəticə verməsi vaxt tələb edir.
Falk siyasi dəyişikliklər üçün dəqiq təqvim açıqlamayıb.
Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu İslam Respublikasının devrilməsinin vacibliyini vurğulasa da, bu hökumətin İsrailin qarşıdakı parlament seçkilərinə qədər süqut edəcəyini gözləmədiyini bildirib.
visiontv.az