Simnan şəhərində cümə namazından sonra yürüş keçirilib. Aksiya iştirakçıları Azərbaycandakı vahid məktəb geyimini pisləyib və hicablı şagirdlərlə müəllimlərə dəstək ifadə ediblər.
Məlumata görə, aksiya iştirakçıları hicabı dəstəkləyən şüarlar səsləndiriblər. Etirazçılar Azərbaycandakı məktəblərdə hicabla bağlı qaydaları ABŞ-nin siyasəti ilə əlaqələndirərək bunu qınayıblar.
İranda qadınların hicab seçimindən ötrü təzyiqlərlə üzləşdiyi, məcburi hicaba qarşı etirazların insan ölümlərinə səbəb olduğu bir şəraitdə Simnan sakinlərinin Azərbaycandakı məktəbli geyimi qaydalarına görə küçələrə çıxması xüsusilə diqqətçəkən ziddiyyətdir. Öz ölkələrində qadınların geyim seçimi və hüquqları ətrafında illərdir davam edən mübahisələrə, etirazlara və onların ağır nəticələrinə baxmayaraq, Azərbaycan məktəblərindəki qaydalar barədə hökm verməyə tələsirlər.
visiontv.az