İspaniyanın Mülki Müdafiə İdarəsi yanğınlarla mübarizə üçün Avropa İttifaqından dörd ədəd xüsusi təyinatlı təyyarə ayrılmasını istəyib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Mülki Müdafiə İdarəsi Avropa İttifaqının mülki müdafiə mexanizmini (fövqəladə hallar üçün nəzərdə tutulmuş hərbi bölmə vasitəsilə) işə salır və yanğın ocaqlarının söndürülməsindən ötrü dörd ədəd hava nəqliyyatı vasitəsi tələb edir", - deyə Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd edilib.
Bildirilib ki, Avropanın çevik reaksiya proqramı çərçivəsində Yunanıstan edilən çağırışa artıq müsbət cavab verərək iki ədəd "Canadair CL-415" model təyyarə yollamağı təklif edib.
visiontv.az