2.04.2020
Axtar
Əxlaq-Din
alt

İslam dünyası etiraz etdi: Səudiyyə Ərəbistanı Quranı dəyişdirib

Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Kral Fəhd Akademiyasının nəşr etdiyi müqəddəs Qurani-Kərimin ibrani dilinə olan tərcüməsi etirazlara səbəb olub.

Visiontv.az “haber7” portalına istinadən xəbər verir ki, buna səbəb Qurani-Kərimin tərcüməsi zamanı 300 ayənin orijinalından fərqli təqdim edilməsidir.

“Mötədil İslam” adı ilə ölkədə bəzi dəyişikliklər həyata keçirən ər-Riyad rəhbərliyinin Quranın yazılarını dəyişdirmək cəhdi İslam ölkələrinin etirazı ilə qarşılanıb.

“Shebab” agentliyi yazır ki, İslam Peyğəmbəri həzrət Məhəmmədin (s) adı ibrani dilində olan kitabın nəşrindən çıxarılıb, əl-Əqsa məscidi isə “heykəl” sözü kimi təqdim edilib.

Tərcüməsi Əsəd Nəmr Basul adlı səudiyəli alim tərəfindən edilən kitabdakı səhvlərin yəhudilərin müqəddəs kitabı olan Tövratla eyniləşdirilməsi səbəbindən etməsi diqqətdən yayınmayıb.

İsrail ilə yaxın əlaqələri olan Səudiyyə Ərəbistanı rəhbərliyinin Qurani-Kərimin tərcüməsinə etdiyi dəyişikliklər rəsmi Təl-Əvivi məmnun etmək xarakteri daşıdığı iddia edilir.

Qeyd edək ki, müəqəddəs kitab ətrafında yaranan qalmaqaldan sonra Kral Fədd Akademiyası tərəfindən nəşr olunan Qurani-Kərimin ibrani dilinə tərcüməsi saytdan çıxarılıb.

Şərh