İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ
05.06.2020

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatır.

Bu barədə Visiontv.az-a Təhsil Nazirliyindən məlumat daxil olub.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunan tarixədək elektron ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcəklər.