İrəvan Əhli Beytin qapısı oldu, şəhəri ola bilmədi-İdris Heydərli
08.07.2020

Şah İsmayılın yanında olmağa qərar verən dədələr, Rumla sərhədlərini müəyyən edib, ƏrziRumun qarşısına ÇuxurSəd inşa etdilər.

Bu Çuxur o dönəmə qədər ciddi bir tarixilik yaddaşına sahib deyldi,

Aran adlı coğrafiyanın sərhədi idi.

İsmayıl və dədələr bu sərhədi Qala etmək fikri ilə quran ilklərdir,

Bu coğrafiya çəkilmiş tale, qədər kimliyidir.

Sonra,

Osmanlı və Səfəvi kimi sərhədləşən dövlətlər bu Çuxurun Qala olmasını istəyən və istəməyən finksiyasını aldılar,

İrəvan qalası isə Qacarların güc mərkəzi kimi ortaya çıxdı,

İrəvan xanları sabit olmayan güclərlə ittifaqların arasında qalanlar idilər,

Qacarlar Qalanı Şəhərə döndərmək istəyində olsalar da,

İrəvan Qalası əsir düşdü,

Ruslar İrəvanı ermənilərə təslim edib,

Ermənilərə Şəhər qurma səlahiyyəti verdilər,

Olmadı.

Yerevan Sovetin inşa etdiyi Şəhər oldu,

Yerevan "erməniləşmənin" mərkəzi ola bilmədikcə,

Kilsə erməniləşmə siyasətini mərkəzləşdirməyə Şəhər axtarırdı,

Bu Bakı da ola bilərdi, Rostov da.

Yerevan son dönəmin erməniləşdirilən Şəhəridir,

ÇuxurSəd kimi İrəvan qalasını inşa edən Şah İsmayıl və Qacar projelərinin yanında bir də firəng hiyləsi var,

Biz qərb dediyimiz, Avropalı olaraq şəkil verdiyimiz adamları,

O dönəm "firəngi" olaraq tanımışıq.

Bu firəngilər hər şeydən öncə katolikdirlər,

Bu katoliklərin coğrafiya qeopolitikasının dərdi,

İrəvan qalasının ruslar tərəfindən işğal olunmasına səbəb oldu.

Bu Çuxur səddin yüksəkliyi isə Qarabağ idi,

Aranın çuxuru ilə dağı artıq erməniləşmənin bütövlüyünü əldə edib,

Mərkəz Eçmiəzdini də özünə bağlayan Şəhəri qurdular.

Bu müqəddəs Vorfolomeyin adı ilə idarə ediləcək Messiya əmiridir,

Nə Bizansın, nə də Osmanlının həll edilə bilməcəyi məsələni ruslar həll etsələr də,

Sahib ola bilmədikləri bir Şəhərin cəzasını kəsməyə qərarlıdırlar.

Müqəddəs həvari Varfolemeyin qoruduğu Aran Yeruselimə qapıdır.

Səvəfilərin qurmaq istədikləri qala Əhli Beyitə qapıdır.

Çuxursəddə bu iki projenin dərdi bu günə qədər həll olunmadan yaşar.

Vətən etmək hansı bayraq altında birlik edənlərlə başlar, bizim torpağlarda Vorfomoley və Əhli Beyit bayrağı altında şəhərləşmə hələ də bitməyib,

Kimin şəhəri qurulacaq?

İrəvan Əhli Beytin qapısı oldu, şəhəri ola bilmədi.

Bu mülahizələr sadəcə bir baxış nöqtəsidir, fərqli şəhər oxumasıdır,

Anlamayanlardan oxuyubsa, unutmasını rica edərəm.

Visiontv.az