İranın xarici işlər naziri impiçment ediləcək?
08.10.2026

İran parlamentinin Rəyasət Heyətinin üzvü Məhəmməd Rəşidi xarici işlər naziri Abbas Əraqçının vəzifədən kənarlaşdırılması ilə bağlı müraciətin parlament sistemində qeydiyyata alındığını bildirib.

Rəşidi “Tasnim” xəbər agentliyinə açıqlamasında deyib ki, müraciət sistemdə qeydə alınsa da, hələlik parlamentin Rəyasət Heyətinə rəsmi şəkildə təqdim edilməyib.

Onun sözlərinə görə, təklifin millət vəkillərindən biri tərəfindən irəli sürüldüyü ehtimal edilir. Sənədin bu gün Rəyasət Heyətinə göndərilmədiyi bildirilib.

visiontv.az