İkinci əl neft tankerləri bazarında bu il ciddi canlanma qeydə alınıb, əməliyyatların ümumi dəyəri isə rekord səviyyəyə yüksəlib.
Təhlillərə əsasən, 2026-cı ilin ilk 10 ayında ikinci əl neft tankerlərinin alqı-satqısı üzrə əməliyyatların dəyəri təxminən 30 milyard dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Məlumata görə, İranın Fars körfəzində neft tankerlərinə qarşı hücumları daha ucuz ikinci əl gəmilərə tələbatı artırıb və regionun dəniz nəqliyyatı donanmasının genişlənməsinə təkan verib.
Bazarın böyüməsində əsas pay Yaxın Şərqdən daşınan neftin böyük hissəsini nəql edən nəhəng neft tankerlərinin — supertankerlərin üzərinə düşüb. Belə ki, cari ilin ilk 10 ayında bu kateqoriyadan olan 124 tanker alınıb-satılıb.
visiontv.az