İranın ən yaşlı rəsmisi 100 yaşına girdi
23.02.2026

İran Konstitusiyaya Nəzarət Şurasının (Keşikçilər Şurası) katibi və Ekspertlər Məclisinin üzvü Əhməd Cənnəti fevralın 22-də 99 yaşını qeyd edib.

Bu barədə yerli media məlumat yayıb.

O, ad günü ilə bağlı yerli mediaya verdiyi müsahibədə uzunömürlülüyü və sağlamlığının səbəbləri barədə danışıb:

“Mən hər gün müntəzəm olaraq idman edir, həftədə iki dəfə suda üzürəm”.

Əli Xameneinin yaxın adamı olan Əhməd Cənnətinin adı 2019-cu ildən Amerikanın sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır.

Qeyd edək ki, iranlılar Cənnətinin yaşına görə ona "Nəmir əl-mömenin" (möminlərin ölməyəni) ləqəbini veriblər.

visiontv.az