İranın Bəsic qüvvələrinin rəhbəri qurumun ideologiyasını dünyaya yaymağa çağırıb
27.11.2026

İranın yarımhərbi Bəsic qüvvələrinin rəhbəri qurumun ideologiyasını bütün dünyaya yaymağa çağırıb.

O, bunu ölkə daxilində “hər bir iranlını Bəsic üzvünə çevirmək” məqsədindən sonrakı mərhələ kimi təqdim edib.

İranın Tələbə Xəbərləri Şəbəkəsinin məlumatına görə, Taeb Bəsic Həftəsi çərçivəsində keçirilən tədbirdə deyib:

“Bütün iranlıları Bəsic üzvünə çevirdikdən sonra Bəsic düşüncəsini və müqaviməti bütün dünyaya yaymağa keçəcəyik”.

visiontv.az