İranda yol qəzalarında ölənlərin son statistikası açıqlandı
28.03.2024

İranda son iki həftə ərzində başverən yol nəqliyyat hadisələri zamanı ölən və yaralananların sayı açıqlanıb.

Bu barədə İran Yol Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, yol qəzaları zamanı 549 nəfər həyatını itirib, 14 min 600 nəfər yaralanıb.

Qeyd edək ki, ötən bir il ərzində İranda 19490 nəfər yol qəzaları nəticəsində ölüb.

Bunun əsas amillərindən biri kimi daxildə istehsal olunan avtomobillərin keyfiyyətsizliyi göstərilir.

visiontv.az