İranda öldürülən qadınların sayı açıqlandı
22.10.2024

Bu ilin aprel-sentyabr ayları arasında İranın müxtəlif şəhərlərində 78 qız və qadın yaxın ailə üzvləri tərəfindən öldürülüb.

Bu barədə "Etimad" qəzeti məlumat yayıb.

Bildirilib ki, onların çoxu "namus" məsələsinə görə həyat yoldaşlarıı, ata və qardaşları tərəfindən qətlə yetiriliblər.

Qadın haqları müdafiəçiləri öldürülən qadınların sayının rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.

Qeyd edək ki, İran qanunlarına əsasən, namus məsələsinə görə qadını öldürənlərin cəzası yüngüldür.  Buna görə də qatillərin sayı azalmır.

visiontv.az