Azərbaycan İstanbulda keçirilən müdafiə sənayesi sərgisində iştirak edir
22.10.2024

Azərbaycan İstanbulda keçirilən müdafiə sənayesi sərgisi “SAHA Expo”da iştirak edir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, ölkəmiz sərgidə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendi ilə təmsil olunub.

Azərbaycan stendində sərgini ziyarət edənlərə 57 adda müdafiə təyinatlı məhsullar təqdim olunur. Buraya iri və orta çaplı snayper tüfəngləri, müxtəlif çaplı minaatanlar, avtomatlar, iri çaplı pulemyotlar, avtomatik top, qumbaraatanlar və onların sursatları daxildir.

Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizin stendini ziyarət edərək, burada təqdim olunan məhsullarla tanış olub.

Qeyd edək ki, 26 oktyabra qədər davam edəcək sərgidə 120 ölkədən 478 şirkət iştirak edir. Sərginin sonunadək təxminən 3 milyard dollar həcmində 200 əməkdaşlıq sazişinin imzalanması gözlənilir.

Azərbaycan İstanbulda keçirilən müdafiə sənayesi sərgisində iştirak edir - FOTO

Azərbaycan İstanbulda keçirilən müdafiə sənayesi sərgisində iştirak edir - FOTO

Azərbaycan İstanbulda keçirilən müdafiə sənayesi sərgisində iştirak edir - FOTO