İranda manatın son məzənnəsi açıqlandı
05.05.2026

İranın azad bazarında xarici valyuta qiymətlərinin artması tendensiyasını davam etdirərək, bu gün, 4 may tarixində hər 1 AZN 112 min 800 tümənə satılıb.

Bu barədə Tehran azad bazarındakı mənbələr məlumat yayıb.

Məlumata görə, günorta saatlarında 1 ABŞ dollarının alış qiyməti 189 min 750 tümən, satış qiyməti isə 191 min 750 tümən olub.

Həmçinin, hər avro 224 min tüməndən, hər Britaniya funt sterlinqi isə 259 min tüməndən bahaya satılıb.

visiontv.az