İranda hökumət təbliğatçısı və məddahı Rəsul Şəhriyarı güllələnib
12.02.2024

Fevralın 11-i axşam saatlarında İsfahan əyalətinin Şahinşəhr şəhərində hökumət təbliğatçısı və məddahı Rəsul Şəhriyarı güllələnib.

Bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.

Şəhriyarının fevralın 11-i axşam saatlarında naməlum silahlı şəxslər tərəfindən şəhərin Pərəstar bulvarında özünün şəxsi avtomobilində 3 güllə vurularaq öldürüldüyü bildirilib.

Qeyd edək ki, Rəsul Şəhriyarı İsfahan əyaləttində hökumətə bağlı məddah və təbliğatçılar mərkəzinin rəhbəridir.

visiontv.az