İranda güclü zəlzələ - Ölən və yaralananlar var
08.05.2020

İranın paytaxtı Tehranda gecə saatlarında 5,1 bal gücündə zəlzələ baş verib.

Visiontv.az xəbər verir ki, episentri Dəmavənd qəsəbəsində olan zəlzələ ocağı yerin 7 km dərinliyində yerləşib.

Dəmavəndə Səhiyyə Mərkəzinin rəhbəri Həsən Xeyirxah bildirib ki, zəlzələ zamanı dağıntı olmayıb. Lakin insanlar təlaşla çölə çıxarkən 60 yaşlı bir nəfər divara çırpılıb və beyin sarsıntısı keçirərək ölüb. Bundan başqa 11 nəfər də xəsarət alıb.

Məlumata görə, güclü zəlzələdən sonra 3-4 bal aralığında 4 zəlzələ də baş verib.