İranda dövlət agentliyinin jurnalisti öldürülü
13.11.2024

İran hökumətinin IRNA informasiya agentliyinin xanım jurnalisti Mənsurə Qadiri Cavid öldürülüb.

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, agentliyin araşdırma şöbəsinin müxbiri həyat yoldaşı tərəfindən qantel və bıçaqla qətlə yetirilib.

Təqsirləndirilən şəxs ilkin etirafında deyib ki, həyat yoldaşı ilə illərlə mübahisəsi olub. O, qətli əsəbi halda törətdiyini bildirib.

visiontv.az