35-ə yaxın əsas istiqamətdə əməkdaşlığı genişləndirmək səylərini davam etdiririk
14.11.2024

Biz türklərin siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, turizm, təhsil, ədliyyə, mədəniyyət, gənclər, idman da daxil olmaqla 35-ə yaxın əsas istiqamətdə əməkdaşlığını genişləndirmək səylərini əzmlə davam etdiririk.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşündə deyib.

TDT Baş katibi qeyd edib ki, 2024-cü il iyulun 6-da Azərbaycanın Şuşa şəhərində sammit keçirilib: “Şuşa sammitində imzalanmış Qarabağ bəyannaməsi vasitəsilə təşkilatımız bütün üzv dövlətlərə əməkdaşlıq mexanizmi yaratmağı tapşırmışdı. Bu mexanizm ətraf mühitin mühafizəsi və iqlim problemlərinin qarşılıqlı əlaqəsini gücləndirmək, iqlim dəyişikliyinə regional və qlobal reaksiyanı gücləndirmək məqsədi daşıyır. Bununla belə, ötən həftə sonu, noyabrın 6-da biz təşkilatımızın 11-ci sammitini Bişkekdə keçirdik. Sammitdə türk dövlətlərinin başçıları təşkilata, türk dövlətlərinə yaşıl baxışı qəbul etdilər. Bu, ətraf mühitin yaratdığı iqlim dəyişikliyinin nəticələrinə türk dövlətlərinin vahid yanaşmasını özündə əks etdirən konseptual sənəddir. Bu gün yeni platforma yaratmaqla, biz üzv dövlətlərin ətraf mühit, ekologiya və iqlim dəyişikliyi sahəsində əməkdaşlığının vəhdətinin möhkəmləndirilməsi istiqamətində daha bir addım atırıq. Bu, səyləri inkişaf etdirmək üçün effektiv mexanizmdir”.