İran Ukraynaya məxsus sərnişin təyyarəsini vurduğunu etiraf edib
11.01.2020

Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” təyyarəsi "insan səhvi" nəticəsində təsadüfən vurulub.

Visiontv.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilib.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün vurduqlarını bildirib.