İran ŞƏRTİNİ AÇIQLADI!!
22.06.2019

"ABŞ müharibə istəmirsə, sanksiyaları yüngülləşdirməlidir”.

Bunu İran prezidenti Həsən Ruhaninin baş məsləhətçisi Hüsaməddin Aşina deyib.

İran hökuməti Strateji Araşdırmalar Mərkəsinin sədrliyini də icra edən Aşina tvitter hesabından verdiyi açıqlamada bildirib ki, rəsmi Vaşinqtonun Tehrana qarşı sanksiyalara davam etməsi müharibəyə yol açır.

"Amerikalılar müharibə və sanksiyaların medalyonun 2 üzü olduğunu və bir-birindən fərqli olmadığını bilməlidir. Sanksiyaları davam etdirməklə istər-istəməz müharibəyə gedirsiniz. Müharibə istəmirsinizsə, sanksiyalarla bağlı nəsə düşünməlisiniz”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün verdiyi açıqlamada gecəyarısından etibarın İrana qarşı sanksiyaları genişləndirəcəyini demişdi.(publika.az)