İran Səhiyyə Nazirliyi: “Müctəba Xameneyi yüngül xəsarətlər alıb”
31.05.2026

İran Səhiyyə Nazirliyi Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama yayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, Müctəba Xameneyi üz, baş və ayaq nahiyələrindən yüngül xəsarətlər alıb və mart ayının əvvəlində xəstəxanadan buraxılıb.

Onun sözlərinə görə, Xameneyi martın 1-i saat 02:00-a qədər müalicə altında olub.

Kermanpur qeyd edib ki, “belə bombardman şəraitində olan bir şəxsin tam sağlam qalması gözlənilmirdi”, lakin səthi xəsarətlərdən başqa ciddi problem aşkarlanmayıb.

O bildirib ki, hadisə zamanı səhiyyə naziri də xəstəxanada olub və yaralanan digər şəxslərə tikiş və lokal anesteziya tətbiq edilib.

visiontv.az